Gecəyarısı liftdə qalmış iki nəfər xilas edilib
18 may 2014 12:34 (UTC +04:00)

Gecəyarısı liftdə qalmış iki nəfər xilas edilib

Bakıda gecə saatlarında liftdə qalmış iki nəfərə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yardım göstərib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradılıb.

 

Əməliyyat saat 01:44-də başa çatıb.

# 671
avatar

Oxşar yazılar