
Gecə klubunda kütləvi dava: azərbaycanlı qətl törətdi
Ötən gün səhər saatlarında Tatarıstanın Naberejnıe Çelnı şəhərində yerləşən "Galaxy" gecə klubu yaxınlığında ölümlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb. Lent.az-ın report-a istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, münaqişə kluba gələn üç yerli sakin və yeddi azərbaycanlı arasında baş verib.
Klubda düşən mübahisə kənarda davam etdirilib. Dava zamanı iştirakçılardan biri bıçaq çıxardaraq rəqiblərinə zərbə endirməyə başlayıb.
Nəticədə 32 yaşlı yerli sakin boynundan aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Onun digər iki yoldaşı isə kəsilmiş-deşilmiş yaralarla ilə xəstəxanaya çatdırılıb.
Azərbaycanlılar taksiyə minərək hadisə yerindən uzaqlaşıblar.
İlkin məlumata görə, öldürülən şəxs digər klubda mühafizəçi işləyib.
Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq gedir.
Oxşar yazılar

Bakıda üç avtomobil toqquşdu-FOTO
5 iyul 2025 , 03:08
Şəkidə sürücünün ürəyi tutdu, qəza edib öldü
5 iyul 2025 , 00:31
Şəmkirdə 3 azyaşlı göldə batdı - YENİLƏNİB
4 iyul 2025 , 19:29
Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59