Fevralın 20-də Füzuli rayonunda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Babı kəndi ərazisində kənd sakini Ceyhun İsayev münaqişə zəminində həmkəndlisi Xanlar Ələkbərli və onun qardaşı Səddama bıçaqla xəsarət yetirib.
C.İsayev RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.