Hazırda həbsdə olan və Nardaran hadisələri zamanı həbs edilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı daha bir maddə üzrə ittiham verilib.
Lent.az-a bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, bu gün F.Qəhrəmanlıya qarşı CM-in 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, keçən il dekabrın 8-də saxlanılıb. F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb