Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib
08 yanvar 2015 10:27 (UTC +04:00)

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.

 

APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar