Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov deyib.
H. Abutalıbov bildirib ki, Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq.
Bakı meri qeyd edib ki, Bakının bütün ərazisində həmin avtobuslardan istifadə olunması nəzərdə tutulur: “Çünki çox rahatdır. Hətta əlillərin istifadəsi üçün də şərait var. Gediş haqqı tam avtomat şəraitində ödəniləcək, pul birbaşa banka köçürüləcək”.