Almaniya vətəndaşı, "Mersedes-Bens"in Azərbaycan nümayəndəliyinin rəhbərinin oğlu Vüsal Şilderin ölümündən bir il ötür.
Lent.az qafqazinfo”-ya istinadən xəbər verir ki, ötən ilin mayında Bakıda yaşadığı evin yaxınlığında qətlə yetirilən gəncin faciəsindən təsirlənən xalq artisti Flora Kərimova ona “Ağ göyərçin” adlı mahnı həsr edib.
Mahnının bəstəkarı Elçin İmanov, sözlərin müəllifi isə Şilderin dayısıdır.
Vüsal Şilderin anası Mətanət xanım “Qafqazinfo”ya bildirib ki, Flora Kərimova mahnını təmənnasız ifa edib.