FHN Xaçmazda intihara cəhd edən şəxsi xilas edib
20 yanvar 2015 15:52 (UTC +04:00)

FHN Xaçmazda intihara cəhd edən şəxsi xilas edib

0

 Bu gün günorta saalarında Xaçmaz rayonunda intihara cəhd edən şəxs xilas edilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, intihar etmək məqsədilə Xaçmaz Dəmiryol Vağzalının işıqlandırma dirəyinə çıxan Xaçmaz rayon sakini Ələkbərov Əbülfət Nöhbala oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının apardıqları əməliyyat nəticəsində xilas edilib. Onun sərxoş olduğu bildirilir.

 

Xilas olunan şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar