FHN Nərimonovda 2 əməliyyat keçirib
22 noyabr 2015 14:30 (UTC +04:00)

FHN Nərimonovda 2 əməliyyat keçirib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:56-da başa çatıb.

 

Bundan başqa Nərimanov rayonunda mənzildə termometrin sınması barədə də məlumat daxil olub. Hadisə nəticəsində cihazın daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar