Ötən gündən respublika ərazisində yağan yağış nəticəsində Bakı şəhərində bəzi ərazilər yağış suları ilə dolub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar Binəqədi və Sabunçu rayonlarında nazirliyin müvafiq qüvvələri küçələrin yağış sularından təmizlənməsini və çətin vəziyyətə düşmüş insanlara köməklik göstərilməsini həyata keçirib.
Nazirliyin qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə də su dolub. Hadisə ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.
Hal-hazırda bu işlər davam etdirilir.