FHN faciəvi hadisə ilə bağlı məlumat yaydı
27 aprel 2014 17:07 (UTC +04:00)

FHN faciəvi hadisə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Beyləqanda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində (“Aran” sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. İ.Ağayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 15:15-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398
avatar

Oxşar yazılar