Mingəçevirdə bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.