Bakıda 1 nəfər dənizdə batmaq təhlükəsi yaşayıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.