FHN çəndəki partlayışla bağlı məlumat yaydı
24 aprel 2014 13:01 (UTC +04:00)

FHN çəndəki partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticələnən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nəticədə çənin içərisində olan neft qalıqları yanıb. Yüksək temperaturdan çən deformasiyaya uğrayıb. Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538
avatar

Oxşar yazılar