FHN özünü çoxmərtəbəli binadan atmaq istəyən şəxsi xilas edib
31 oktyabr 2014 13:52 (UTC +04:00)

FHN özünü çoxmərtəbəli binadan atmaq istəyən şəxsi xilas edib

 

Sumqayıtda intihar etmək istəyən şəxs fikrindən daşındırılıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək istəyir. Xilasedicilər tərəfindən aparılan psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və  təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar