Nabranda istirahət mərkəzində yoxa çıxan uşaq tapıldı - <span style="color:red;">YENİLƏNİB - FOTO
23 iyul 2018 15:32 (UTC +04:00)

Nabranda istirahət mərkəzində yoxa çıxan uşaq tapıldı - YENİLƏNİB - FOTO

 

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

 

APA-nın şimal bürosunun xəbərinə görə, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında aşkarlanıb.

 

Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub.

 

Bundan sonra azyaşlı valideynlərinə təhvil veriılib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun tapılması barədə məlumat yayıb. 

 

Məlumatda bildirilir ki, uşaq axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əlavə məlumat veriləcək.

 

 

***

 

13:22

 

Nabranda itkin düşən 3 yaşlı uşağın axtarışına helikopter cəlb edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 22.07.2018-ci il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

 

Axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

 

Əlavə məlumat veriləcək.

 

 

*****

 

09:59

 

İyulun 22-də  Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

 

Əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28