Bu gün Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, özünü dənizə ataraq həyatına son qoymaq istəyən şəxs paytaxt sakini, 1997-ci il təvəllüdlü Həsənov Osman Sakit oğlu olub. Neftçilər prospekti 27 ünvanının qarşısında özünü suya atan gənc xilasedicilər tərəfindən dənizdən çıxarılıb.
İlkin araşdırma zamanı məlum olub ki, O.Həsənovun atası işsizdir və xeyli vaxtdır iş tapa bilmir. 18 yaşlı oğlan da bu səbəbdən həyatına qəsd edib.
*****
14:45
Bakıda intiharın qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub. Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:46-da başa çatıb.