FHN-inin şadlıq evində baş vermiş yanğınla bağlı məlumatı
24 avqust 2013 20:36 (UTC +04:00)

FHN-inin şadlıq evində baş vermiş yanğınla bağlı məlumatı

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöl rayonunda şadlıq evində baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 625 kv.m olan 1 mərtəbəli şadlıq evində baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m və 36 kv.m olan mətbəxin tavanı 2 kv.m sahədə yanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Xatırladaq ki, APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi Göygöl rayonunun Quşqara kəndində «Qismət» şadlıq sarayında saat 16:00 radələrində baş verib. Rayonun Balçılı kənd sakininin toy məclisində qəfildən sarayın damı yanmağa başlayıb. Dərhal təxminən 100-ə yaxın qonaq şadlıq evindən çıxarılıb. Göygöl rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, əraziyə Gəncə və Göygöldən olmaqla 5 yanğınsöndürmə avtomobili cəlb edilib. Qısa müddət ərzində alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Məlumata görə, hadisə nəticəsində sahəsi 625 kv. metr olan şadlıq sarayının 45 kv. metr olan çardaq hissəsi yanaraq sıradan çıxıb. Şahidlərin dediyinə görə, yanğına səbəb elektrik naqilində qısaqapanma olub. Belə ki, elektrik enerjisinin sönüb yanması nəticəsində obyektin çardağında olan işçilərin geyim otağında yanğın başlayıb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar