FHN-in Təlim-Tədris Mərkəzində “Mübarizlər” yarışı keçirilir
16 iyun 2018 13:53 (UTC +04:00)

FHN-in Təlim-Tədris Mərkəzində “Mübarizlər” yarışı keçirilir

Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində ikinci dəfə maneəli ekstremal “Mübarizlər” yarışına start verilib.

 

APA -nın xəbərinə görə, yarış FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə baş tutur.

 

 

Yarışın açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən "Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov bildirib ki, yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib.

 

Onun sözlərinə görə, qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar: "Bundan sonra ən yüksək nəticə göstərən 20 nəfər iştirakçı realiti-şouda iştirak edəcəklər".

 

Azərbaycanın qüdrətli idman ölkəsini vurğulayan layihə rəhbəri təşkilati dəstəyə görə FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi (MOK) və “Gilan Holding”ə təşəkkürünü bildirib.

 

Bu gün start götürən “Mübarizlər” layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. Komanda iştirakı üçün5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 7 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

 

Ötən ilin yarışmasından fərqli olaraq, bu mövsümdə “Mübarizlər” hər iki formatda iştirak edənlər üçün pul mükafatı müəyyənləşdirib.

 

Ümumi mükafat fondu 15 000 AZN təşkil edir. Bundan əlavə, fəal iştirakçıları çoxsaylı dəyərli hədiyyələr gözləyir.

 

Hər iki format üçün avto park, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.

Yarışda istəyən hər kəs iştirak edə bilər.

 

 

 

Layihənin məlumat dəstəyi APA-ya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

APA Baycan

Oxşar yazılar