FHN-dən qəzaya uğramış qatarla bağlı açıqlama
13 yanvar 2013 07:00 (UTC +04:00)

FHN-dən qəzaya uğramış qatarla bağlı açıqlama

0

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb. APA-nın FHN rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryolu qəzası baş verib. Məlumatda qeyd olunub ki, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xətdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

 

FHN-nin məlumatında həmçinin qeyd olunur ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub.

 

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1475

Oxşar yazılar