FETÖ ittihamı ilə tutulan AXCP üzvü məhkəmədə ifadə verib
11 may 2017 13:41 (UTC +04:00)

FETÖ ittihamı ilə tutulan AXCP üzvü məhkəmədə ifadə verib

0

 

AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev zərərçəkmişlərə sual verib. O, zərərçəkmiş  Məhəmməd Quliyevin bundan başqa işlərdə zərərçəkən və yaxud hal şahidi olub-olmamasını soruşub.  M. Quliyev heç zaman şahid və zərərçəkən olmadığını, bu iş üzrə də  telefon vasitəsi ilə istintaqa çağırıldığını deyib.

 

 

Ə. Mustafayev məhkəməyə sənəd təqdim edib. Bildirib ki, M. Quliyevin dələduzluq əməlinə görə 2015 -ci ildən axtarışdadır. İki ildir, M. Quliyev Bakı şəhər Baş Polis İdarəsinin axtarışındadır. Buna görə də polislərin təsiri ilə belə ifadə verib. Bu adam qorxu keçirməyib. 2015-ci ildən axtarışda olan adam 2016-cı ildə necə şəxsiyyət vəsiqəsi alır? Hazırda Bakı şəhər Baş Polis İdarəsinin saytında onun axtarışda olması barədə məlumat və şəkil var”.

 

 

Ə. Mustafayev  prosesdə vəsatətlə çıxış edərək bildirib ki, M.Quliyevin zərərçəkmiş statusuna xitam verilməli və onun dindirmə protokolları işdən çıxarılmalıdır.

 

 

M. Quliyev isə deyib ki, barəsində olan cinayət işinə görə polis idarəsində  izahat verib, lakin axtarışda deyil.

 

Vəsatətə münasibət bildirən hakimlər kollegiyası Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndəriləcəyini deyib.

 

 

 

Zərərçəkmiş Samir Xəlilov çıxış edərək bildirib ki, heç bir zərər çəkməyib: "Mən məhkəməyə teleqram da vurmuşam. Zərərçəkmiş kimi tanınmaq istəmirəm. Fuad Əhmədlini tanımıram. Şikayətim yoxdu".

 

Daha sonra prosesdə  F.Əhmədli ifadə verib. O bildirib ki, ittihamların heç birini qəbul etmir və heç bir qaydanı pozmayıb.

 

 

Proses mayın 23-də davam edəcək.

 

 

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

 

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 227

Oxşar yazılar