Ötən ayın 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən biri yaxalanıb. Lent.az-ın məlumatına görə, Fərahim İlqaroğlunu döyməkdə ittiham olunan Feyruz Heydərəli oğlu Termişi adlı şəxs Siyəzən şəhər sakinidir. O, Siyəzən şəhər Tofiq İsmayılov küçəsi 8 ünvanında qeydiyyatdadır, Bakıda kirayə yaşayır.