Fərahim İlqaroğlu ona qarşı edilən iddialara münasibət bildirib
28 aprel 2014 16:01 (UTC +04:00)

Fərahim İlqaroğlu ona qarşı edilən iddialara münasibət bildirib

Aprelin 25-də saat 10:30 radələrində “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın bloku önündə naməlum şəxslərin hücuma məruz qalması barədə məlumat vermişdik. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, olayın üzərindən 3 gündən artıq vaxtın keçməsinə baxmayaraq, jurnalisti döyənlər hələ də tapılmayıb.

 

Bu arada sosial şəbəkələrdə baş vermiş olayın jurnalistin özü tərəfindən təşkil edilməsi ilə bağlı versiyalar paylaşılıb. Həmin versiyalarda iddia olunur ki, guya jurnalist əvvəlcədən avtomobilinə kamera quraşdırıb və hadisə baş verən zaman isə özü qəsdən kameranı açıq qoyub.

 

Fərahim İlqaroğlu məsələyə münasibət bildirib. Jurnalist deyib ki, həmin fikirlərdəki iddialar reallıqdan tamamilə uzaqdır: “Səhər vaxtı mühərrik 5 dəqiqə qızmalıdır. Maşını işə salan zaman onlar məni çağırdılar. Elə zənn etdim ki, tez qayıdacam. Ona görə də, mühərriki söndürmədən onlarla söhbət etməyə getdim. Əvvəl qonşu olduğunu güman etdim. Küləkli hava olduğu üçün öz adımla çağırıldığımı düşündüm. Jurnalist olduğuma görə kimsə məndən nəyisə xahiş etmək üçün çağıra bilər. Kamerada göründüyü kimi, mən onunla əl verib, görüşürəm. Onunla ədavətim olsaydı, yaxınlaşmazdım. Hətta ondan problemi olub-olmamasını soruşmuşam. Sonra qara paltarlı birisi bizim yanımızdan keçən zaman ona əmr verir. O da qəflətən məni vurur. Mən bunun qarşılığında ona “məni niyə vurursan”, “məni kimlə dəyişik salırsan” kimi sözlər deyirəm. O, isə məni cüdo fəndi ilə yerə yıxır və başıma 10 zərbə vurur. Ondan sonra adamın heysiyyatı tamamilə ölür. Müqavimət belə göstərməyə halın qalmır. Bizə yaxınlaşan bir adamın mənə kömək edəcəyini ümid etdim. Amma qaçan zaman onların birlikdə olduqları aydınlaşdı. Kamera içəri səsi yazır. Maşının şüşəsi açıq qaldığına görə bəzi səslər düşüb. Barəmdə səsləndirilən fikirlər reallıqdan tamamilə uzaqdır”.

 

 

Baş verən hadisəni araşdıran Nizami rayonu 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov  bildirib ki, araşdırmada hələlik hər hansı bir yenilik yoxdur: “Araşdırma davam edir. İndidən bir söz söyləmək çətindir. Əlimizdən gələni edirik və bütün vasitələrdən istifadə olunur. Kamerada çox şey düşə bilər. Amma vuran insanın üz cizgiləri açıq-aşkar düşməyib. Bu baxımdan, göründüyü kimi asan iş deyil. Başqa kamera görüntülərini izləyirik. Səbəbkarların tapılması üçün bütün vasitələrdən istifadə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05