Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən daha bir qadını yaxalayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Samilə Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. S.Quliyeva saxlanılıb.
Saxlanılan qadın ətrafında araşdırmalar aparılır.