Azərbaycanda 69 yaşlı kişi qaz pulu yığanı qətlə yetirib, sonra isə özünü öldürüb
İmişli rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün İmişli şəhərinin Nəriman Nərimanov küçəsi, 171 ünvanında qeydə alınıb.
Rayon sakini, 1944-cü il təvəllüdlü Davud İslam oğlu Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 1962-ci il təvəllüdlü Mübariz Xosrov oğlu Fərəcovu tüfəngdən atəş açaraq qətlə yetirib.
Daha sonra D. Abbasov tüfənglə özünü də vurub. 69 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.