Bakıda kürəkən keçmiş qayınanasını sonra isə özünü bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xaşaxuna bağlarında qeydə alınıb. 1961-ci il təvəllüdlü Bəhruz Əliyev aralarında yaranan mübahisə zəminində keçmiş qayınanası, 1958-ci il təvəllüdlü Lyudmila Feyzullayevaya bir neçə bıçaq xəsarəti yetirib. Bundan sonra B. Əliyev özünü bıçaqlayıb.
Hadisə nəticəsində xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.