Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadın alveri ilə məşğul olan şəxsi yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində kirayədə yaşayan Kürdəmir rayon sakini Almaz Bəşirli-Əsli evində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
Həmin qadın tutulub. Araşdırmalar davam etdirilir.