Yevlaxda mənzildə meyit aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1927-ci il təvəllüdlü Səlimov Gülməmməd Dostu oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.