Fevralın 17-də Səbail rayon ərazisindəki evlərin birindən 4000 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.