Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Orxan Məmmədovun barəsində olan hökmdən Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsaəsən protest təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Sabunçu Rayon Məhkəməsi O.Məmmədova 5 min manat cərimə kəsib. Lakin Bakı Apellyasiya Məhkəməsi həmin cəriməni 3 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzləməsi barədə qərar çıxarıb. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, keçən il fevral ayının 15-də saat 12:30 radələrində, Bakı şəhəri Xanlar küçəsində Zaman Əliyevin evindən qapını sındırmaqla 8 min manat dəyərində məişət avadanlıqlarını oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Məmmədov və Ə.Əzizov saxlanılıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə O.Məmmədov 5 min manat məbləğində cərimələnib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək O.Məmmədovun cəzasının ağırlaşdırılmasını tələb edib.