Milli Ordusunun Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı həbs edilən iki nəfərin adları məlum olub. Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, həqiqi hərbi xidmətə çağırılmış Qubadovun Ceyhun Zaman oğlu 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi ilə bağlı “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Ağayev Veysəl Bəxtiyar oğlu və gizir Qurbanov Müqəddəs Rəhman oğlu yanvarın 10-da həbs ediliblər. Hər iki şəxs barəsində Gəncə Hərbi Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məlum hadisə ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir neçə yüksək rütbəli zabit barəsində vəzifə səlahiyyətlərini lazımı səviyyədə yerinə yetirmədiklərinə görə təsirli tədbirlər görüb. Nazirin əmri ilə korpus rəhbərliyi ciddi cəzalandırılıb. Bundan başqa, briqada komandirinin rütbəsi bir pillə endirilib. Briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı salınıb.
Bu gün baş prokuror Zakir Qaralov C.Qurbanovun anasını qəbul edib.