Suriya prezidenti Bəşər Əsədin anası Anisa Maxluf Dubaya gedib.
Lent.az-ın verdiyi məlumata görə, “Al-Quds Al–Arabi” qəzeti bu barədə Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli məmurlarına istinadən məlumat yayıb.
Anisa Maxlufun səfərində məqsəd qızı Buşra Əsədə baş çəkməkdir. Buşra Əsədin əri general Asif Şövkət keçən il iyulun 18-də Dəməşqdə törədilən partlayış nəticəsində ölüb. O, ərinin ölümündən sonra uşaqları ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə gəlib. Bəziləri onun uşaqlarının normal təhsil alması üçün BƏƏ-ə gəldiyini, bəziləri isə qardaşı Bəşər Əsədlə aralarında fikir ayrılığı olduğu üçün Suriyanı tərk etdiyini bildirirlər.