Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi məlum olub.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, artıq klub baş məşqçi postuna Ersun Yanalı gətirdiyini ictimaiyyətə açıqlayıb.
Baş məşqçi ilə 2 illik müqavilə bağlanılıb. Müqaviləyə əsasən, Ersun Yanal 2016-2017 mövsümünə görə 1,45 milyon avro, 2017-2018 mövsümünə görə isə 1,8 milyon avro məvacib alacaq.
Qeyd edək, “Trabzonspor” son qarşılaşmada “Antalyaspor” 7-0 hesabı ilə məğlub olandan sonra klub baş məşqçi Hami Mandıralı ilə yollarını ayırıb.