Ermənistan təmas xəttində ölən azərbaycanlının meyitini qaytarmır  - YENİLƏNİB
22 oktyabr 2013 12:54 (UTC +04:00)

Ermənistan təmas xəttində ölən azərbaycanlının meyitini qaytarmır - YENİLƏNİB

Ermənistan tərəfi qoşunların təmas xəttində minaya düşərək ölən azərbaycanlının meyitini qaytarmır.


 

APA-nın məlumatına görə, oktyabrın 6-da minaya düşən Qazax rayon sakini Əli Əliyevin meyiti hələ də işğal altındakı ərazidədir.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı komitə hər iki ölkənin rəsmiləri ilə dialoqu davam etdirir və neytral vasitəçi olaraq bu məsələdə öz xidmətlərini təklif edib.

 

Qeyd edək ki, oktyabrın 6-da saat 10.30 radələrində Qazax rayonunun Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpout kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.

 

Baş vermiş partlayış nəticəsində Ə. Əliyev ölüb və meyiti həmin ərazidə qalıb. Xəsarət alan X. Məhərrəmov və V. Əliyev isə xəstəxanaya yerləşdiriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519
avatar

Oxşar yazılar