Ermənistan parlamentinin yeni sədri seçilib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, deputatların əksəriyyəti bu posta hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri, 66 yaşlı Qalust Saakayanı layiq görüb.
Gizli səsvermədə iştirak edən 106 deputatdan 101 nəfər Q.Saakyanın namizədliyini dəstəkləyib.