Ermənilər susdurulub: düşmən itki verib - YENİLƏNİB
23 oktyabr 2013 10:44 (UTC +04:00)

Ermənilər susdurulub: düşmən itki verib - YENİLƏNİB

Cəbhə xəttində ermənilərin növbəti təxribatının qarşısı alınıb.

 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan hərbçiləri bu gün günorta saatlarında ermənilərin növbəti təxribatının qarşısı alınıb. Həmin vaxt Tovuz rayonu istiqamətində cəbhə xəttində erməni hərbçilərini daşıyan nəqliyyat vasitəsi sərrast atəşlə vurulub.

 

Bir neçə saat əvvəl Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

 

Məlumatda bildirilib ki, Berd-İcevan yolunun Paravakar sahəsində baş vermiş hadisə zamanı əsgər Qarik Artakoviç Poqosyanın (Vanadzor hərbi komissarlığından- 1994-cü il təvəllüdlü) öldüyü, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Jamqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyanın (Masis, 1994) güllə yaraları aldıqları bildirilib.

# 2837
avatar

Oxşar yazılar