Ermənilər mövqelərimizi atəş altında saxlayır
05 mart 2013 10:06 (UTC +04:00)

Ermənilər mövqelərimizi atəş altında saxlayır

 

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi  atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

# 317
avatar

Oxşar yazılar