Ermənilər Qazaxın 5 kəndini atəşə tutub
12 yanvar 2015 10:15 (UTC +04:00)

Ermənilər Qazaxın 5 kəndini atəşə tutub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.


Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226

Oxşar yazılar