Ermənilər Gədəbəyi atəşə tutdu
14 may 2014 11:01 (UTC +04:00)

Ermənilər Gədəbəyi atəşə tutdu

0

Ermənilər atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 
 

Bundan başqa düşmən Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 823

Oxşar yazılar