Ermənilər Azərbaycan torpaqlarında yanğınlar törədir
11 may 2013 04:44 (UTC +04:00)

Ermənilər Azərbaycan torpaqlarında yanğınlar törədir

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində, silahlı qüvvələr arasındakı neytral ərazidə güclü yanğınlar müşahidə olunmağa başlayıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, cəbhənin Ağdam istiqamətində ermənilər nəzarət altında saxladıqları Baş Qərvənd kəndinin  ərazilərində yanğınlar törədiblər. Yeli sakinlərin APA-ya verdiyi xəbərə görə, alovun müşahidə olunduğu istiqamətdə bir-birinin ardınca partlayış səsləri eşidilib. Ehtimala görə, partlayışlar vaxtilə hər iki tərəfin basdırdığı minaların istinin təsirindən partlaması ilə meydana gəlir.

 

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, törədilmiş yanğının miqyası gecə saatlarına doğru genişlənməkdədir.

 

Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında iri yanğınlar törədir. Bu isə ərazinin təbii resurslarının, fauna və florasının məhvinə səbəb olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar