Ermənilər atəşkəsi pozmaqda davam edir
03 may 2014 10:17 (UTC +04:00)

Ermənilər atəşkəsi pozmaqda davam edir

0

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub. Lent.az-ın məlumatına görə, ermənilər həmçinin Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şurabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar