Ermənilər Ağdərədə yanğın törədiblər
16 may 2014 17:39 (UTC +04:00)

Ermənilər Ağdərədə yanğın törədiblər

0

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədiblər. Bu barədə APA-nın Qarabağ bürosuna Tərtərin Həsənqaya kəndində məskunlaşan məcburi köçkünlər məlumat veriblər.

 

Sakinlərin sözlərinə görə, erməni hərbçiləri Umudlu-Ağdərə yolunun sağ tərəfində - keçmiş Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında kolluqlara od vurublar. Yanğın yol boyunca təxminən 3 kilometr ərazini əhatə edib.

 

Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədirlər.

 

Nəticədə fauna və floraya ciddi zərər dəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar