Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi atəşə tutub.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.