Ər-arvadı şantaj edib, 31 min pul alan şəxslər ələ keçdi
20 may 2017 13:23 (UTC +04:00)

Ər-arvadı şantaj edib, 31 min pul alan şəxslər ələ keçdi

0

Mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək, 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək, onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar