Energetika Nazirliyinin strukturu və işçilərinin say həddi müəyyənləşib
12 aprel 2014 15:55 (UTC +04:00)

Energetika Nazirliyinin strukturu və işçilərinin say həddi müəyyənləşib

Azərbaycan prezidenti İlham Əliyev Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman verib.

 

APA-nın verdiyi məlumata görə, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu” təsdiq edilib.

 

Energetika Nazirliyinin strukturuna nazirliyin aparatı (şöbələr və sektorlar), Dövlət Enerji Nəzarəti İdarəsi və onun yerli bölmələri, Dövlət Qaz Nəzarəti İdarəsi və onun yerli bölmələri daxildir. Energetika Nazirliyinin aparatı işçilərinin say həddi 140 ştat vahidi, Dövlət Enerji Nəzarəti İdarəsinin işçilərinin say həddi 150 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 112 ştat vahidi, Dövlət Qaz Nəzarəti İdarəsinin işçilərinin say həddi 80 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilib.

 

Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar