Əmisi oğlunun avtomobilini qaçırıb qəza törətdi
Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə müraciət edərək, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin naməlum şəxs tərəfindən evinin həyətindən oğurlandığını deyib. Şöbə əməkdaşları tərəfində həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən cinayəti avtomobil sahibinin əmisi oğlu, əvvəllər məhkum olunmuş Elməddin Şahıyevin törətdiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb.
Saxlanılan şəxs qaçırdığı avtomobillə qəza da törədib.
Faktla bağlı Lerik rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
925