Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bundan sonra təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. O, çıxışında Nazim Ağabəyov barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə vəsatətə baxmaq üçün hazırlıq iclasını təxirə salıb.
Məhkəmə hazırlıq iclası dekabrın 24-də davam edəcək.
Qeyd edək ki, N.Ağabəyov Meydan TV-nin direktoru Emin Millinin qaynıdır. O, narkotik maddələrin satışında ittiham edilir. N.Ağabəyov saxlanılarkən üzərindən 6 qram narkotik vasitə - heroin aşkarlanıb.