FHN əməkdaşının çayda boğulması xəbərini təkzib edib
02 may 2014 23:28 (UTC +04:00)

FHN əməkdaşının çayda boğulması xəbərini təkzib edib

0
Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda, Kür çayının üzərindəki Su Elektrik Stansiyasında sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görəndə Fövqəladə Hallar Nazirliyi əməkdaşının çayda boğulması haqqında xəbərlər yer alıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Kəpəz TV”-yə istinadən yayılan bu xəbər həqiqətə uyğun deyil.

 

Məlumatda qeyd olunub ki, çayda batan və cəsədi çıxarılan vətəndaş Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 958

Oxşar yazılar