Elşad Abdullayevin videosundakı polkovnik danışdı - YENİLƏNİB
21 fevral 2013 12:27 (UTC +04:00)

Elşad Abdullayevin videosundakı polkovnik danışdı - YENİLƏNİB

 

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı yeni videoda görüntülənən Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi Rasim İldırımzadə Lent.az-a açıqlama verib. R.İldırımzadə videogörüntünü "başdan-başa montaj" adlandırıb və DİN-in bu məsələyə münasibət bildirəcəyini deyib. O, Bakı şəhərinin Xətai rayonunun prokuroru olan qardaşı Yusif İldırımzadənən səhhətinin pisləşməsindən xəbərsiz olduğunu deyib: “Ondan xəbərim yoxdur, xəstədirsə Allah şəfa versin”.

 

***

 

saat 12:27

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən gün yaydığı video görüntüdə adı hallanan Rasim İldırımzadə görüntülərə münasibət bildirib.

 

 

 

Bu barədə APA-ya açıqlama verən R. İldırımzadə qeyd edib ki, E. Abdullayevin yaydığı video şantajdır: “Bilirsiniz ki, bu adam çoxdandır, bir sıra videolar yayır, tək mənim deyil, bir sıra adamların adlarını hallandırır. Hamıya məlumdur ki, o adam özü cinayətkardır. Mən bir daha deyirəm ki, bu iddiaları qəbul etmirəm və həmin videolar şantajdır. Birincisi, ona görə, ki, Elşad Abdullayevin o çəkilişləri aparması özü qanunsuzdur. Bundan başqa, onun özünün barəsində cinayət işi var. Nə qədər insanın pulunu yeyib və diplomsuz qoyub. Əgər sübutu varsa, gəlsin, bütün bu məsələlərə cavab versin. Cənab baş prokuror Zakir Qaralov da bir müddət əvvəl açıqlama verib ki, o, cinayətkardır və gəlib hüquqi qaydada cavab verməlidir. Elşad Abdullayev nəinki özünü, bütün Azərbaycanı dünyada biabır edib. Bir daha deyirəm ki, gizli çəkiliş aparıb, gəlsin, arxasında dursun. Yəqin ki, onu ekstradisiya edəcəklər, gəlib qanun qarşısında cavab verəcək”.

 

Qeyd edək ki, E. Abdullayevin dünən qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.


R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var.  Amma E. Abdullayevin israrlarına baxmayaraq, R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına “özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən” deyə, cavab verir.


O, M. Abdullayevi ayın sonuna qədər ( 2004-cü il noyabr ayının sonu nəzərdə tutulur-red) geri qaytaracağını deyib, E. Abdullayevdən israrla qardaşını ondan istəməsini xahiş edir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən “son məqamda onu pərt vəziyyətdə qoymamağı” da xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7126
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46