Elşad Abdullayev baş prokurora müraciət edib
30 yanvar 2013 19:46 (UTC +04:00)

Elşad Abdullayev baş prokurora müraciət edib

ABU-nun sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayev baş prokuror Zakir Qaralova müraciət edib.

 

 “Yeni Müsavat” qəzetinin məlumatına görə, E. Abdullayev müraciətində müstəqil istintaq komissiyasının fəaliyyətini tənqid edib.

 

O qeyd edib ki, komissiya fəaliyyətdə olduğu üç aydan artıq müddətdə “qardaşı Mahir Abdullayevin tapılması və onun oğurlanması faktına görə başlanmış cinayət işinin açılması istiqamətində demək olar ki, bir addım da irəli getməyib”.

 

E.Abdullayev daha sonra bildirib ki, komissiyanın fəaliyyəti barədə məlumatı var: ”Mənə məlumdur ki, komissiyanın əsas işi bu müddət ərzində mənə qarşı yönəlib, mənim cinayət məsuliyyətinə cəlb olunmağım və həbs edilməyim üçün «sübutlar» toplamaqdan ibarətdir.  Yəqin məlumatınız var ki, komissiya cinayət törətmiş şəxslərin deyil, mənim qohumlarımın, ailə üzvlərimin əmlakını araşdırmaqla məşğuldur, onların əmlak üzərinə şəxsən Sizin təqdimatınız əsasında qanunsuz olaraq həbs qoyulmuşdur. Bundan əvvəl bir neçə dəfə Sizə konkret vəsatətlərlə müraciət etsəm də, onların heç birinə cavab verməmisiniz. Əgər bu mənim yaşadığım ünvanı bilməməyinizlə bağlıdırsa, cavabı nümayəndəmin vasitəsi ilə göndərə bilərsiniz”.

 

E. Abdulleyev daha sonra barəsində həbs qətimkan tədbiri seçilmiş Arzu Kazımovun vəkili Ramiz Zeynalovun mətbuata verdiyi açıqlamaları tənqid edib. O qeyd edib ki, Ramiz Zeynalovun kütləvi informasiya vasitələrində onun özünün qardaşı Mahir Abdullayevi oğurlayıb öldürməsi, digər qardaşı Eldəniz Abdullayevi isə zəhərləməsi barədə iddiaları “həqiqətdən uzaq və həmçinin zərərçəkmişin ailəsini şantaj məqsədi” daşıyır.

 

E. Abdulleyev bu iddialarını isbatlamaq üçün vəkilin şahid qismində istintaqa cəlb edilməsini istəyib və onun barəsində cinayət edilməsi haqqında bilə-bilə dezinformsiya xarakterli məlumatlar yayaraq yalan xəbərçilik etmək və istintaqı səhv istiqamətə yönəltmə cəhdinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlanılmasına göstəriş verilməsini xahiş edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15